Yararsız məhsulla qarşılaşan istehlakçı nə etməlidir? – Hüquqşünasdan açıqlama

Yararsız məhsulla qarşılaşan istehlakçı nə etməlidir? – Hüquqşünasdan açıqlama






presstv

"Presstv"az #Audi, #Həkim, #İnzibati Xətalar Məcəlləsi, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sağlamlığımızın qorunmasına yönəlmiş vasitələr hesab olunan dərmanlar və qida əlavələri bəzən özləri risk mənbəyinə çevrilə bilib. Baku TV-yə müraciət edən sakin istifadə müddəti ötmüş dərmanlarla bağlı narahatlığını bildirib.

Həkim Abbas Bağırov isə bu mövzu ilə bağlı xəbərdarlıq edib: “İstənilən bir dərman forması hazırlandığı brend formasından dəyişilirsə, artıq bu məhsul istifadəyə yararsızdır”.

Hüquqşünas Vüsal Cəfərov isə istifadə müddəti ötmüş məhsulların satışının qanunla məsuliyyət doğurduğunu xatırladıb və İnzibati Xətalar Məcəlləsinə əsasən cəzaları açıqlayıb.

“İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətinə və keyfiyyətinə dair istehlakçıların az miqdarda, yəni beş min manatdan az məbləğdə aldadılmasına və yaxud saxlama müddəti ötmüş məhsulların satılmasına, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması inzibati tənbeh kimi nəzərdə tutulub. Həmin maddənin sanksiyasında fiziki şəxslərə 350 manatdan 500 manata qədər, vəzifəli şəxslərə 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslərə isə 4 000 manatdan 6 000 manata qədər cərimə cəzası nəzərdə tutulub”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv