Bakıda “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədən şəxsi oğurlayanlardan birinə hökm oxundu

Bakıda “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədən şəxsi oğurlayanlardan birinə hökm oxundu






presstv

"Presstv"az #Audi, #Avto, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Lənkəran, #Sabunçu rayonu, #Sosial şəbəkələr, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən dəstənin üzvü – Kamran Rzayevin məhkəmə prosesi başa çatıb.

presstvaz “Teleqraf”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K.Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu dəstənin digər üzvləri – Səlim Əliyev, Murad Rzayev, Şücaət Rzayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi ayrıca icraatda aparılıb.

İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov “TikTok”dakı hesabında kriminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələrin yer aldığı video paylaşıb.

Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

Onlar Nəzirxanı Zabrat qəsəbəsi ərazisində “QAZel” markalı avtomobilin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, daha sonra toyuq hininə salıblar.

Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli gəlinlik paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsini tələb edib, üzr videosunu çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar. Təqsirləndirilən şəxslərdən biri 2007, digəri isə 2008-ci il təvəllüdlüdür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv