Mikayıl Cabbarov Zeev Elkin ilə görüşüb

Mikayıl Cabbarov Zeev Elkin ilə görüşüb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #DNT, #İqtisadiyyat Nazirliyi, #İsrail, #Maliyyə Nazirliyi, #Mikayıl Cabbarov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan – İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

presstvaz  bildirir ki, bu barədə   İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə İsraillə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əməkdaşlığın gündəmində olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, mövcud potensialdan səmərəli istifadə iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artırılmasına töhfə verə bilər.

Müzakirələr zamanı enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi imkanları vurğulanıb. Tərəflər Azərbaycan-İsrail Birgə Komissiyasının 4-cü iclasında qeyd edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan – İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“İqtisadi əməkdaşlığımızın gündəmində olan məsələləri nəzərdən keçirdik. Enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi, Azərbaycan – İsrail Birgə Komissiyasının 4-cü iclasında qeyd edilən prioritet istiqamətlərdə işbirliyi barədə müzakirələr apardıq”, – M.Cabbarov bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv