Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı

Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı






presstv

"Presstv"az #Abşeron rayonu, #Audi, #Avto, #Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, #Cinayət işi, #Heydər Əliyev, #Məhkum, #Quba, #Quba-Xaçmaz Regional Təhsil İdarəsi, #Təhsil, #Xırdalan şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvətalma ittihamı ilə 8 il 6 ay həbsə məhkum edilmiş sabiq müdiri Rüfət Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının çoxu özünə qaytarılıb.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun yalnız Quba şəhərindəki 2 evi və bir neçə ünvanda yerləşən boş torpaq sahələri müsadirə edilib.

Həmin əmlakların orta bazar dəyəri 164 min manat qiymətləndirilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə Rüfət Hacıyevin özünün, valideynlərinin və həyat yoldaşı ilə qızının adına rəsmiləşdirilən daha çox əmlak isə həbsdən azad edilib:

– Abşeron rayonu, Xırdalan şəhərində mənzil;

– “Jeep” markalı (bu maşını cinayət işi başlanandan sonra satmaq istəmişdi – red.) avtomobil;

– Quba şəhəri, Heydər Əliyev prospektində və daha 3 ünvanda yerləşən mənzillər;

– Qubanın Təngəaltı, II Nügədi kəndlərində və şəhər ərazisində yerləşən torpaq sahələri.

Qeyd edək ki, Rüfət Hacıyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin bu hökmündən razı qalmayıb. Hazırda onun apellyasiya şikayətinə baxılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv