İstanbul təhlükə ilə üz-üzə – 7 bal gücündə zəlzələ olacaq

İstanbul təhlükə ilə üz-üzə – 7 bal gücündə zəlzələ olacaq






presstv

"Presstv"az #Almaniya, #Anadolu, #Araşdırma, #Güclü zəlzələ, #İstanbul, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq edilib.

presstvaz xəbər verir ki, Almaniyanın Potsdam şəhərində yerləşən "GFZ Helmholtz Geofiziki Tədqiqatlar Mərkəzi"nin alimləri İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq edilib. "DW Türk"ün məlumatına görə, araşdırmalar İstanbulun cənubunda, xüsusilə Şahzadə Adaları adlanan seqmentində seysmik gərginliyin artdığını göstərir.

Tədqiqatçılar bildirirlər ki, bu bölgə uzun müddətdir seysmik baxımdan "kilidli" vəziyyətdədir və burada 7 bal gücündə zəlzələ ehtimalı yüksəkdir. Alimlərin fikrincə, Mərmərə dənizinin qərb və mərkəzi hissələrində gərginlik qismən boşalsa da, Şahzadə Adaları altında demək olar ki, zəlzələ baş verməməsi təhlükəli enerji yığılmasına işarə edir.

"GFZ"nin mütəxəssisi Patricia Martinez Garzonun rəhbərlik etdiyi tədqiqat qrupu 2007-2025-ci illər arasında baş verən zəlzələləri analiz edib və nəticələri "Science" jurnalında dərc edib. Araşdırmada Şimali Anadolu Fay Xəttinin bu hissəsinin 1766-cı ildən bəri böyük zəlzələ yaşamadığı vurğulanır.

Alimlər xəbərdarlıq edirlər ki, mümkün zəlzələ 6 bal gücündə ön şok və ya daha böyük dağıdıcı zəlzələnin başlanğıcı ola bilər. Xüsusilə sıx əhali və qeyri-təhlükəsiz şəhərsalma səbəbindən İstanbulda belə bir zəlzələnin ciddi itkilərə yol aça biləcəyi qeyd olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv