Cənubi Koreya dünyada süni intellekt qanununu tətbiq edən ilk ölkə olacaq

Cənubi Koreya dünyada süni intellekt qanununu tətbiq edən ilk ölkə olacaq






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Cənubi Koreya, #Rusiya, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreya dünyada hərtərəfli süni intellekt qanunvericiliyini qəbul edən ilk ölkə olmağa hazırlaşır.

presstvaz Rusiya mətbuatına istinadən xəbər verir ki, sözügedən qanun layihəsi 2026-cı ilin yanvarın 22-də qüvvəyə minəcək.

Cənubi Koreyada süni intellekt qanunu ötən ilin sonunda qəbul edilib və bu ilin yanvarında rəsmi olaraq dərc edilib. Qanun rəsmi dərc edildikdən düz bir il sonra qüvvəyə minəcək.

Tətbiq ediləcək yeni qanunlar ölkədə müasir süni intellekt texnologiyalarının demək olar ki, bütün spektrini əhatə edəcək.

Yeni qanunda bizneslə bağlı müəyyən narahatlıqlar var. Aparılan bir araşdırmaya görə, Cənubi Koreya süni intellekt startaplarının 98 faizi hələ də yeni qanuna uyğunlaşmaq üçün hərtərəfli bir sistemə malik deyillər. Sorğuda iştirak edənlərin təxminən yarısı konkret tənzimləyici gözləntilərini zəif başa düşdüklərini etiraf ediblər və demək olar ki, eyni sayda insan görülən hazırlıq tədbirlərinin qeyri-kafi olduğunu bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv