Bu il xaricdən Azərbaycana göndərilən pulun həcmi açıqlandı

Bu il xaricdən Azərbaycana göndərilən pulun həcmi açıqlandı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Dollar, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cari ilin ilk 9 ayında fiziki şəxslər tərəfindən Azərbaycana 849 milyon 910 min dollar göndərilib. 2024-cü ilin analoji dövründə isə bu məbləğ 848 milyon 506 min dollar olub.

presstvaz Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fiziki şəxslər tərəfindən xaricdən göndərilən pulun ən çox hissəsi Rusiyanın payına düşür. Belə ki, 9 ayda Rusiyadan Azərbaycana 343 milyon 888 min dollar göndərilib. Ötən il isə bu rəqəm 410 milyon 718 min dollar olub. İkinci sırada Türkiyə qərarlaşıb: 2025-ci ildə 140 milyon 298 min dollar, 2024-cü ildə 130 milyon 332 min dollar.

Hesabat dövründə fiziki şəxslər tərəfindən Azərbaycandan 361 milyon 357 min dollar çıxarılıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 408 milyon 282 min dollar təşkil edib. Bu istiqamətdə liderlik Türkiyədədir. Belə ki, qardaş ölkəyə 104 milyon 476 min dollar göndərilib. Ötən ilin 9 ayında Türkiyəyə göndərilən pulun məbləği 118 milyon 90 min dollar olub. Bu istiqamətdə ikinci yerdə ABŞ qərarlaşıb: 2025-ci ildə 55 milyon 706 min dollar, 2024-cü ildə 44 milyon 991 min dollar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv