Cari ilin 10 ayında ölkədə əhali artımı yavaşlayıb, ölənlərin sayı isə artıb

Cari ilin 10 ayında ölkədə əhali artımı yavaşlayıb, ölənlərin sayı isə artıb






presstv

"Presstv"az #Audi, #Ədliyyə Nazirliyi, #Körpə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 32 min 109 nəfər və ya 0.3 faiz artaraq 2025-ci il noyabrın 1-i vəziyyətinə 10 milyon 256 min 998 nəfərə çatıb.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, ölkə əhalisinin 54.4 faizi şəhər, 45.6 faizi kənd sakinlərinin payına düşür. Əhalinin 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-oktyabr aylarında əhalinin təbii artımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 min 282 nəfər azalıb. Təbii artım hər 1 000 nəfərə düşən əhali üzrə 2024-cü ildə 4.3 olduğu halda, 2025-ci ildə 3.7-yə enib.

Cari ilin 10 ayında ölkədə əhali artımı yavaşlayıb, ölənlərin sayı isə artıb

Hesabat dövründə 80 min 802 körpə doğulub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 min 472 nəfər azdır. Doğum səviyyəsi hər 1 000 nəfərə görə 10.1-dən 9.5-ə düşüb. Doğulan körpələrin 53.1 faizi oğlan, 46.9 faizi isə qız uşaqları olub. Doğulanlardan 2 min 714-ü əkiz, 81-i isə üçəm təşkil edib.

Cari ilin 10 ayı ərzində ölkədə 49 min 846 ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 810 nəfər artıb. Ölüm səviyyəsi hər 1 000 nəfərə görə dəyişməyərək 5.8 səviyyəsində qalıb.

Eyni zamanda, yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40 min 739 nikah və 17 min 254 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər 1 000 nəfərə düşən nikahların sayı 4.9-dan 4.8-ə, boşanmaların sayı isə 2.1-dən 2.0-a enib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv