Hansı məhsullar damarlar üçün faydalıdır?

Hansı məhsullar damarlar üçün faydalıdır?






presstv

"Presstv"az #Audi, #Həkim, #Rusiya, #Sitrus meyvələri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Damarların möhkəm və elastik qalması üçün zərərli vərdişlərdən imtina, fiziki aktivlik və balanslı qidalanma vacibdir”.

presstvaz lenta.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı kardioloq Polina Savina bildirib.

Həkim qeyd edib ki, damar divarlarının elastikliyi üçün C vitamini ilə zəngin məhsulları mütəmadi qəbul etmək lazımdır. Kardioloqun sözlərinə görə, bu qrupa sitrus meyvələri, itburnu, qara qarağat, çaytikanı, kivi, bolqar bibəri, qarabaşaq yarması və göyərti (cəfəri, ispanaq, şüyüd və ya keşniş) daxildir.

Savina, həmçinin menyuya E vitamini tərkibli məhsulların əlavə edilməsini tövsiyə edib. Bu vitamin “pis” xolesterinin (LDL) oksidləşməsinin və damar divarlarında çökməsinin qarşısını alan güclü antioksidantdır. Həkimin fikrincə, ən yaxşı seçimlər zeytun, kətan və günəbaxan yağı (xüsusilə soyuq yeməklərdə), həmçinin qoz-fındıq, tumlar və avokadodur.

Onun sözlərinə görə, Omeqa-3 mənbələri də az əhəmiyyət kəsb etmir. Çoxdoymamış yağ turşuları “pis” xolesterinin səviyyəsini azaltmağa kömək edir, damar divarının elastikliyini artırır və qan dövranını yaxşılaşdırır.

Savinanın daha bir tövsiyəsi rasiona flavonoidlərlə zəngin yaşıl çay, tünd şokolad, giləmeyvələr və pomidorun daxil edilməsidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv