Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır

Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Çin Xalq Respublikası, #Dollar, #Donald Tramp, #Əfqanıstan, #Gəmi, #Hadisə, #Hakim, #Hindistan, #Müharibə, #Münaqişə, #Nəqliyyat, #Pakistan, #Qırıcı təyyarə, #Tailand, #Tayvan, #təyyarə, #Vaşinqton, #Vəzifə, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi-Şərqi Asiyada gərginlik artmaqdadır. Tailandla Kamboca arasında yaşanan hərbi münaqişə, daimi Hindistan-Pakistan gərginliyi, Pakistan-Əfqanıstan sərhəd insidentləri deyilənlərin təsdiqidir. Ən ciddi problem isə Tayvan ətrafında yaşananlardır. Belə bir durumda Çinlə Yaponiya arasında qarşılıqlı hədələr durmadan artır. Tərəflər arasında bir neçə ay əvvəl yaşanan diplomatik gərginlik indi yenidən qızışıb. İki ölkə arasında gərginlik hər an müharibəyə səbəb ola bilər.

presstvaz mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

İki Asiya ölkəsi arasında qarşılıqlı ittihamlar

Artıq Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Yaponiya silahlı qüvvələri müntəzəm şəkildə rəsmi Pekinin təhlükəsizliyini təhdid edən addımlar atır. Məlumatda deyilir ki, Tokio Çinin ünvanına məsuliyyətsiz ittihamlar yağdırmaqla faktları təhrif etməyə çalışır. “Faktlar isə açıq-aşkar ortadadır: tez-tez qeydə alınan kəşfiyyat uçuşları və Çinin müntəzəm hərbi əməliyyatlarının keçirildiyi yerlərə yaxınlaşan Yaponiya qırıcılarının müdaxiləsi ölkəmizin suda və quruda təhlükəsizliyinə ciddi təhdiddir”, – deyə Çin xarici siyasət idarəsinin bəyanatında bildirilib.

Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır

Öz növbəsində Yaponiyanın Baş naziri Sanae Takaiçi Çini onlara məxsus qırıcı təyyarələri hədəfə almaqda ittiham edib. Məlumata görə, Çin hərbi təyyarəsi Okinava adası yaxınlığında yapon təyyarələrinə radar tuşlayıb. Burada ABŞ hərbi dəniz qüvvələrinin bazaları yerləşir. Tokionun bildirdiyinə görə, Çinin “J-15” qırıcı təyyarəsi “Lyaonin” aviadaşıyıcısından gündüz və axşam qalxıb. Yaponiya öz “F-15” qırıcı təyyarələrini havaya qaldırıb. Çin qırıcı təyyarəsi gündüz fasilələrlə yapon təyyarələrini 3 dəqiqə, axşam isə 30 dəqiqə hədəfdə saxlayıb. Yaponiyanın müdafiə naziri Şindziro Koidzumi çinli pilotların hərəkətlərini təhlükəli adlandırıb: çinlilər uçuş təhlükəsizliyini təmin etmək üçün lazım olan vaxt limitini keçiblər.

Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır

“AP” agentliyi yazır ki, bu insident iki dövlət arasında münasibətlərin pisləşməsinin nəticəsidir. Pisləşməyə səbəb isə Yaponiya Baş naziri Sanae Takaiçinin noyabrda Çin Tayvana hücum edərsə, Yaponiyanın ikinciyə kömək üçün silahlı qüvvələr göndərə biləcəyini bəyan etməsi olub.

Yaponiya ABŞ-dən dəstək istəyib

Yaponiya Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib. “Financial Times” qəzeti mənbələrə istinadən yazıb ki, Yaponiyanın ABŞ-dəki səfiri Siqeo Yamada Donald Tramp administrasiyasından Tokioya açıq dəstəyin gücləndirilməsini xahiş edib. Göründüyü kimi, problem həqiqətən də ciddidir və gərginlik hər an müharibəyə çevrilə bilər. Radar insidenti Yaponiya və Çin aviasiyası tarixində ilk dəfə baş verib, lakin qoşun növlərinin digər sahələrində bənzər hadisələr olub. 2013-cü ildə Çin hərbi gəmisi yapon gəmisinə radar tuşlayıb.

Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır

Yaponiya 14 milyard dollar itirə bilər

“The New York Times” yazır ki, Çinlə Yaponiya arasındakı bu mübahisə bütün regionu təhlükəli həddə gətirib çıxarıb. Çin mübahisəli adalar yaxınlığında patrul xidmətini gücləndirərək Yaponiyanın “düşmən addımına qətiyyətlə cavab verəcəyini” vəd edib. Tokiodakı Keio Universitetinin professoru Ken Cimbo deyir ki, Pekin regiondakıları öz hərbi donanmasının yapon adaları yaxınlığında daimi manevrlərinə alışdırmaq istəyir: “Bu, ABŞ, Yaponiya və onların tərəfdaşlarına Tayvan ətrafında mümkün münaqişəyə güc vasitəsilə müdaxilə etmək cəhdlərinə qarşı xəbərdarlıq kimi qiymətləndirilməlidir”.

Bütün bunların fonunda Çin vətəndaşlarına Yaponiyaya getməkdən çəkinməyə çağırış edib. Yaponiyanın aparıcı iqtisadi tədqiqat mərkəzinin hesablamalarına görə, çinli turistlərin kəskin azalması ölkənin turizm gəlirlərini ildə 2,2 trilyon yen (14 milyard dollar) azalda bilər. Bu proqnoz dərhal Yaponiyanın pərakəndə satış və nəqliyyat səhmlərinin sabitliyinə təsir göstərib. Məsələn, dünyaca məşhur kosmetika şirkəti “Shiseido”nun səhmlərinin qiyməti 11% ucuzlaşıb – bu, aprel ayından bəri ən pis göstəricidir.

Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır

İki ölkə arasında gərginliyin tarixi kökləri

Qeyd edək ki, Çin və Yaponiya arasındakı münaqişənin əsrlər boyu davam edən kökləri var. Yaponiya 1895-ci ildən 1945-ci ilə İkinci Dünya Müharibəsinin sonuna qədər Tayvanı idarə edib. 1972-ci ildə tərəflər birgə kommunike imzalayıb. Bu kommunikedə Tokio rəsmi olaraq “vahid Çin” siyasətini dəstəkləyib və Tayvanı Çin Xalq Respublikasının bir hissəsi kimi tanıyıb. Buna baxmayaraq Yaponiya Tayvanı regiondakı əsas strateji tərəfdaşı hesab edir. Yaponiya hakimiyyəti həmişə Çin və Tayvan arasında potensial gərginləşməni öz təhlükəsizliyinə ən böyük təhdidlərdən biri kimi görüb, lakin bu günə qədər bu mövzudakı açıqlamalarında çox ehtiyatlı olub. Sanae Takaiçi tərəfindən istifadə edilən “potensial təhdid” ifadəsi 2015-ci ildən bəri Yaponiyanın milli təhlükəsizlik konsepsiyasında təsbit edilib. Qeyd edilib ki, ehtiyac yaranarsa, Yaponiyanın Özünümüdafiə Qüvvələri təhdidə cavab vermək üçün yerləşdirilə bilər.

Yeri gəlmişkən, Yaponiya Vaşinqtonun ciddi dəstəyinə malikdir. Artıq ABŞ-nin Yaponiyadakı səfiri Corc Qlass Pekinin hədələrini hədsiz adlandırıb və ABŞ-nin Tokionun yanında möhkəm dayandığını bildirib. Yaponiyanın yüksək vəzifəli siyasətçiləri və rəsmiləri vəziyyəti sakitləşdirməyə çalışırlar. Xüsusilə, hakim Liberal Demokrat Partiyası koalisiyasına rəhbərlik edən siyasi komitənin rəhbəri Takayuki Kobayaşi hər iki tərəfi rasionallığı və sakitliyi qorumağa çağırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv