Avstraliyada çimərlikdə ətrafdakı şəxslərə atəş açıldı: Ölənlərin sayı 12 nəfərə çatdı

Avstraliyada çimərlikdə ətrafdakı şəxslərə atəş açıldı: Ölənlərin sayı 12 nəfərə çatdı






presstv

"Presstv"az #Audi, #Avstraliya, #Avto, #Hadisə, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atəş açan silahlı şəxslərdən biri yoldan keçən kişi tərəfindən zərərsizləşdirilib.

presstvaz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Videodan görünür ki, kişi arxadan xəlvətcə silahlı şəxsə yaxınlaşıb və tüfəngi zorla onun əlindən ala bilib. Silahsız qalan cinayətkar hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının polis komissarı Mol Lanyon çimərlikdəki atışmanı terror aktı kimi təsnif edib.

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində baş verən atışmada ölənlərin sayı 12 nəfərə çatıb.

presstvaz BBC-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Yeni Cənubi Uels ştatının naziri Kris Minns paylaşıb.

Onun sözlərinə görə, hadisə nəticəsində yaralanmış 29 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib:

“Yaralılardan ikisi polis əməkdaşıdır. Onların vəziyyəti ağır qiymətləndirilir”.

Nazir əlavə edib ki, atəş açmış cinayətkarlardan biri öldürülüb, daha biri isə yaralı halda saxlanılıb və o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Avstraliyanın Sidney şəhərində Hanukka yəhudi bayramının qeyd edilməsi zamanı Bondi çimərliyində atışma baş verib.

presstvaz xarici KİV-ə istinadən xəbər verir ki, iki kişi avtomobildən çıxaraq ətrafdakılara atəş açıb.

Məlumata görə, azı 12 dəfə atəş açılıb.

İnsident nəticəsində aralarında uşaqların da olduğu 10 nəfər həlak olub, 60 nəfər isə yaralanıb. Bayramın keçirildiyi yerə 2 000 nəfərin toplaşdığı qeyd edilir.

İki silahlı şəxsdən biri zərərsizləşdirilib, digəri isə yaralı halda ələ keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv