"Samsung"un ekran təmiri "iPhone 17 Pro"dan baha başa gəlirmiş

"Samsung"un ekran təmiri "iPhone 17 Pro"dan baha başa gəlirmiş






presstv

"Presstv"az #Cənubi Koreya, #iPhone, #Rusiya, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Samsung"un "TriFold" ekranının təmiri iPhone 17 Pro-nun qiymətinə yaxın başa gələcək.

presstvaz xəbər verir ki, Cənubi Koreyada "Samsung"un qatlanan "Galaxy Z TriFold" smartfonunun satışı başlayıb.

İlk partiya bir neçə dəqiqə ərzində tamamilə satılıb.

GSMArena-nın məlumatına görə, smartfonun daxili qatlanan ekranının təmiri minimum 1 657 500 von təşkil edəcək.

Bu, "Samsung"un tarixində ekranın ən yüksək qiymətə təmir edilməsi deməkdir. Məsələn, eyni məbləğlə Rusiyada orta qiyməti 97,5 min Rubl olan iPhone 17 Pro almaq mümkündür.

İstehsalçı istifadəçilərin xərclərini azaltmaq üçün ekranın bir dəfəlik dəyişdirilməsinə 50% endirim imkanı təqdim edir. Xarici ekranın təmiri isə nisbətən ucuzdur. ( təxminən 137 000 von).

Galaxy Z TriFold-un Cənubi Koreyada satış qiyməti 3,59 mln von (təxminən 5800 azn) təşkil edir. Smartfon hazırda yalnız 20 rəsmi mağazada satışa çıxarılıb və dərhal tükənib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv