Zərərli bilinirdi, ömrü uzadırmış – Alimlər təsdiqlədi

Zərərli bilinirdi, ömrü uzadırmış – Alimlər təsdiqlədi






presstv

"Presstv"az #Almaniya, #Araşdırma, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #DNT, #London, #Qocalma, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin maddəsi bioloji qocalmanın daha yavaş getməsinə kömək edir.

presstvaz xəbər verir ki, araşdırma "King’s College London" alimləri tərəfindən aparılıb və "Aging" jurnalında dərc olunub.

Tədqiqat 2 böyük Avropa layihəsinin məlumatlarına əsaslanıb. Bunlar Böyük Britaniyadakı TwinsUK və Almaniyadakı KORA proqramlarıdır. Ümumilikdə 1600-dən çox iştirakçının göstəriciləri təhlil edilib.

Alimlər iştirakçıların qanında teobrominin səviyyəsini ölçüblər. Bu göstəricilər DNT dəyişiklikləri əsasında bioloji yaşı göstərən epigenetik saatların nəticələri ilə müqayisə olunub. Məlum olub ki, teobromin səviyyəsi yüksək olan insanlarda bioloji yaş daha yavaş artır.

Bu şəxslərdə telomerlərin uzunluğu ilə bağlı göstəricilər daha yaxşı olub. Erkən ölüm riski ilə bağlı göstəricilər də daha aşağı qeydə alınıb. Nəticələr kofein və çayla bağlı digər maddələr nəzərə alındıqdan sonra da dəyişməyib.

Əlavə analiz göstərib ki, təsir xüsusilə siqaret çəkən və əvvəllər siqaret çəkmiş insanlarda daha aydın görünür. Alimlər hesab edirlər ki, teobromin nikotinin yaratdığı bəzi epigenetik zədələri qismən zəiflədə bilər.

Tədqiqat müəllifləri vurğulayıblar ki, söhbət şokoladın birbaşa cavanlaşdırıcı təsirindən getmir. Araşdırma statistik nəticələrə əsaslanır. Teobrominin təkbaşına, yoxsa kakao tərkibindəki digər maddələrlə birlikdə təsir göstərdiyi hələ dəqiq bilinmir.

Qeyd edək ki, bundan əvvəl aparılan araşdırmalarda avokadonun müntəzəm istifadəsinin ümumi xolesterinin azalmasına kömək etdiyi də müəyyən edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv