Portuqaliyanın beşiyi: Tarixin sükutla “nəfəs aldığı” şəhərdən REPORTAJ

Portuqaliyanın beşiyi: Tarixin sükutla “nəfəs aldığı” şəhərdən REPORTAJ






presstv

"Presstv"az #Ailə, #Audi, #Avropa, #Ayaqqabı, #Bələdiyyə, #Futbol, #Kommunal xidmət, #Nəqliyyat, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Portuqaliyada tətil planlaşdırarkən səyahətçilər tez-tez Lissabon, Portu şəhərlərini, Alqarve və Azor adaları kimi tanınmış yerləri seçirlər. Təbii, bu yerlərin hər biri zəngin əyləncəyə, maraqlı tarixi yerlərə, dadlı yeməklərə və zəngin mədəniyyətə malikdir. Lakin turizimçilər “səyahət təcrübənizi bu yerlərlə məhdudlaşdırmaqla, Portuqaliya tarixinin, mədəniyyətinin və yerinin əhəmiyyətli bir hissəsini əldən vermiş olursunuz”, – deyə əminliklə bildirirlər. Çünki ölkənin şimal hissəsinə səfər etmədən bütünlüklə bu coğrafiyaya bələd olmaq mümkün deyil. Portuqaliyanın ilk paytaxtı olmuş Gimarayeş isə bu siyahıda öndə durur. “Portuqaliyanın beşiyi” adlanan bu şəhərin mərkəzinin istehkam divarında məşhur “Aqui nasceu Portugal” yazısı var. Bu, “Portuqaliya burada anadan olub” deməkdir.

presstvaz “Kaspi” qəzetinin Portuqaliyadan hazırladığı reportajı təqdim edir:

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

Gimarayeş Portuqaliyanın ən böyük şəhərləri arasında 13-cü yerdədir. Şəhər 2012-ci ildə Avropanın mədəniyyət paytaxtı olub. 2026-cı ildə isə Avropanın yaşıl paytaxtı elan olunmağa hazırlaşır.

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

Beynəlxalq Turizm Filmləri Festivalı Komitəsinin (CIFFT) dünya turizm filmlərini mükafatlandırma mərasimini bu şəhərdə keçirməsi də təsadüfi deyildi.

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

İlk kralın doğulduğu yer

Gimarayeş Portuqaliyanın ölkə kimi formalaşmasında mühüm rol oynayıb. Portuqaliyanın ilk kralı Afonsu Enrikeş məhz burada anadan olub.

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

İndi bu şəhərdə gəzərkən onun tarixinə qərq olmamaq mümkün deyil. Zəngin tarixi irs – qayğı ilə qorunub saxlanılan orta əsr tikililəri, çoxsaylı kilsələr, hazırkı ölkə prezidentinin iqamətgahı olan 14-cü əsr Braqansa Hersoqlarının Sarayı, şəhərin ən hündür nöqtəsi sayılan Penya dağının təbii mənzərəsi, tarixi binalar… Bunları görəndə düşünürsən ki, Gimarayeş haqlı olaraq UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Penya dağına qalxan kanat yolu da şəhəri turistlər üçün cəlbedici edir.

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

Şəhərin mərkəzində ölkənin ən yaxşı qorunub saxlanılan orta əsr tikililərindən olan Gimarayeş qəsri (Castelo de Guimaraes) yerləşir. X əsrdə tikilmiş qala 1110-cu ildə Kral Afonsu Enrikeşin doğulduğu yer hesab olunur. Gələcək kral qalanın qərb hissəsində yerləşən “Sao Miguel do Castelo” (San-Migel) kilsəsində vəftiz olunub.

Burada özünü orta əsr şəhərində hiss edə bilərsən

Gimarayeşin tarixi mərkəzi şəhər divarları içərisində yerləşir. Bu gün şəhər zərif dəmir verandalar, qranit eyvanlar, dar küçələri tağlarla birləşdirən malikanələr, hamar daş səkilər, qüllələr və monastır həyətləri ilə diqqətəlayiq dərəcədə qorunub saxlanılan memarlıq ansamblına malikdir. İstənilən turist burada özünü orta əsr şəhərində hiss edə bilər.

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

Bələdçinin müşayiəti ilə qala divarları boyunca gəzir və Penya dağının inanılmaz mənzərələrindən zövq almaq üçün qala qülləsinin zirvəsinə qalxırıq. Buradan şəhərə füsunkar mənzərə açılır. Bu şəhərdə Lissabon və ya Portunun izdihamı yoxdur.

Gimarayeşdə yaşamaq tarix, mədəniyyət və qədim adət-ənənələrlə əhatə olunmaq deməkdir.

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

Burada həyat daha yavaş axır və küçələr yalnız məşhur orta əsrlər festivalı da daxil olmaqla böyük şənliklər zamanı adamla dolur. Bu, Gimarayeşi təqaüdçülər, uşaqlı ailələr və böyük şəhərlərin tempi və səs-küyündən bezən insanlar üçün ideal hala gətirir. İnsanlar bu kiçik orta əsr şəhərini təbiətdən, tarixi irsdən və ləzzətli yerli mətbəxdən zövq almaq, dinc və asudə bir həyat sürmək üçün seçirlər.

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

Portuqaliyanın ən yaxşı universitetlərindən biri də buradadır

Gimarayeş həm də gənclər üçün əlverişli yerdir. Çünki şəhərdə Minyo Universitetinin iki kampusundan biri yerləşir. Bu, Portuqaliyanın ən yaxşı universitetlərindən biridir. 2013-cü ildə Minyo Universiteti “Times Higher Edication” reytinqində dünyanın ən yaxşı 100 universiteti sırasına daxil olub. “Gimarayeşin üstünlükləri arasında təkcə sakit və rahat həyat tempi deyil, həm də ölkənin ən yaxşı universitetlərindən birində ali təhsilin əlçatanlığı var. Bu, şəhəri həqiqətən çoxyönlü və hər yaşdan olan insan üçün uyğun edir.

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

Ətraf şəhərlərdən, hətta Portudan bura işləmək üçün gələnlər var” deyə bələdçi bildirir. Əlavə edir ki, çox kiçik bir şəhər olmasına baxmayaraq, Gimarayeş ölkənin sənaye cəhətdən inkişaf etmiş bölgələrindəndir. Bələdiyyə xüsusilə yaxşı inkişaf etmiş tekstil sənayesi ilə Portuqaliya iqtisadiyyatında mühüm rol oynayır:

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

“Gimarayeşin iqtisadiyyatı xidmət sektoruna əsaslanır. Onun aparıcı sektorları ticarət, turizm, nəqliyyat, kommunal xidmətlərdir. Tekstil fabrikləri və tikinti materialları istehsalı ölkə iqtisadiyyatında mühüm yer tutur. Gimarayeşdə çox sayda sənaye şirkəti, fabrik və digər təşkilatlar var ki, bu, şəhəri yaşamaq üçün olduqca cəlbedici bir yerə çevirir. Gimarayeş ayaqqabı sənayesi ilə də məşhurdur. Keçən il Portuqaliyada ümumilikdə 600 milyon cüt ayaqqabı istehsal olunub. Onun çox hissəsi Gimarayeşin payına düşüb. Gimarayeş həm də turizm şəhəridir. Hər il şəhərə milyonlarla turist gəlir. Braqansa hersoqlarının sarayı bütün ölkə üzrə ən çox ziyarət olunan yerdir. Gimarayeş hotel infrastrukturunun əsas xüsusiyyətlərindən biri tarixi olmalarıdır. Bu da qonaqlamada vacib amildir”.

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

Yol boyunca üzüm tənəkləri, zeytun ağacları

Gimarayeş bələdiyyəsi hektarlarla ölçülən təsərrüfat torpaqları ilə diqqət çəkir. Yol boyunca üzüm tənəkləri, zeytun ağacları sıralanır. Yerli insanlar bu təsərrüfatlarda yetişdirilən orqanik meyvə-tərəvəzdən alırlar. Bələdiyyə ərazisində istehsal olunan şərab növlərinin sayı isə 50-dən çoxdur.

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ

Gimarayeşdə futbolu da çox sevirlər. Yerli “Vitoriya Gimarayeş” komandasının oyunu zamanı 30 min nəfərlik Afonsu Enrikeş stadionuna bilet tapmaq çətindir. Komanda 2013-cü ildə Portuqaliya kubokunun qalibi olub. Bələdiyyənin “Moreyrense” komandası isə iki dəfə Portuqaliya Liqa Kubokunun qalibi kimi sevilir.

Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ Portuqaliyanın beşiyi: Tarixin sükutla nəfəs aldığı şəhərdən REPORTAJ


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv