Sumqayıtda 27 yaşlı hamilə qadının komaya düşərək ölməsində həkim səhvi var?

Sumqayıtda 27 yaşlı hamilə qadının komaya düşərək ölməsində həkim səhvi var?






presstv

"Presstv"az #Ailə, #Audi, #Hadisə, #Həkim, #Həkim səhlənkarlığı, #Vəfat edib, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıtda hamilə qadın xəstəxanada vəfat edib.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıtda iki azyaşlı uşaq anası, 27 yaşlı Zərifə Əliyeva özünü qəfil pis hiss etdiyi üçün yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı onun 8 həftəlik əkiz hamilə olduğu müəyyən edilib.

Qadının vəziyyətinin stabil olmadığı bildirildiyindən, tibbi qərar əsasında hamiləliyin süni pozulması həyata keçirilib. Yaxınlarının iddiasına görə, məhz bundan sonra qadının vəziyyəti kəskin şəkildə ağırlaşıb.

Zərifə Əliyevanın yaxınları bildirirlər ki, xəstəxana rəhbərliyi və tibb personalı əvvəlcə onları vəziyyətin ciddiliyindən xəbərdar etməyib və yalnız daha sonra “başınız sağ olsun” deyərək ölüm xəbərini veriblər.

Ailə baş verənlərdə həkim səhlənkarlığının olduğunu düşünür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sumqayıtda 27 yaşlı qadının abortdan sonra öldüyü iddia edilir.

presstvaz “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib.

Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt Tibb Mərkəzi Sumqayıtda abortdan sonra öldüyü iddia edilən qadın barədə açıqlama yayıb.

Mərkəzdən bildirilib ki, dekabrın 12-də saat 14:00-da 1998-ci il təvəllüdlü qadın 1 nömrəli Şəhər Xəstəxanasının Ginekologiya şöbəsinə kəskin ishal, ürəkbulanma və qusma şikayətləri ilə müraciət edib.

Qeyd olunub ki, anamnezə əsasən, xəstəyə 8 dekabrda 8-9 həftəlik əkiz hamiləlik səbəbi ilə tibbi abort tətbiq olunub, prosedur fəsadsız keçib:

“Müşahidə prosesində xəstənin vəziyyətinin sürətlə ağırlaşdığı, tənəffüs çatışmazlığının inkişaf etdiyi və oksigen saturasiyasının azaldığı qeydə alınıb. Bununla əlaqədar dekabrın 12-də saat 19:30-da xəstə intubasiya edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan laborator müayinələr, o cümlədən qan qazının analizi nəticəsində kəskin laktik asidoz aşkarlanıb, klinik və laborator göstəricilərə əsasən septik şok diaqnozu təyin olunub”.

“Dekabrın 13-də saat 10:30-da xəstənin ümumi vəziyyətində kəskin ağırlaşma qeydə alınıb, saat 10:50-də mövcud klinik protokollara uyğun aparılan intensiv reanimasiya tədbirlərə baxmayaraq, poliorqan çatışmazlığı fonunda bioloji ölüm faktı qeydə alınıb”, – Tibb Mərkəzindən vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv