500 manat pensiyalar bu qədər artacaq – Açıqlama

500 manat pensiyalar bu qədər artacaq – Açıqlama






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #İqtisadi siyasət, #Milli Məclis, #Minimum əməkhaqqı, #Nazirlər Kabineti, #sənaye və sahibkarlıq komitəsi, #Vəzifə, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Azərbaycanda orta aylıq əməkhaqqındakı artım dinamikasını müşahidə edirik. Artıma ən çox təsir göstərən faktor 2025-ci ildə sosial paketin icra edilməsi ilə bağlıdır".

presstvaz Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, sosial paketin icra edilməsi orta aylıq əməkhaqqıya birbaşa təsir göstərib:

"Çünki minimum əməkhaqqıda da artımlar müşahidə olunub. Bir sıra sektorlarda çalışan vətəndaşlarımızın maaşları artdı. Eləcə də Nazirlər Kabinetinin qərarı ilə bəzi qurumlarda çalışan vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqqı alan vətəndaşlarımızın vəzifə maaşlarında artımlar oldu.

İlkin gözlənti ondan ibarətdir ki, pensiyalar 9,2 faiz artacaq və son rəqəm növbəti ilin fevral ayının əvvəllərində elan olunacaq. Bu, o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində təxminən 46 manat artım olacaq. Tam dəqiq rəqəm növbəti ilin əvvəllərində elan olunacaq. Hər bir vətəndaş öz pensiyasını hesablamaq imkanına malikdir.

Pensiya artımları əmək pensiyası alan bütün vətəndaşlarımıza şamil olunacaq. Həm yaşa görə əmək pensiyası, həm əlilliyə görə əmək pensiyası, həm ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğində artımlar olacaq".

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv