Tailandın baş naziri parlamenti buraxdı

Tailandın baş naziri parlamenti buraxdı






presstv

"Presstv"az #Hakim, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailand parlamenti buraxılıb. Bu qərar Kamboca ilə qanlı döyüşlərin getdiyi ölkədə gələn ilin əvvəlində yeni seçkinin keçirilməsi üçün verilib.

Bu barədə presstvaz “ABC News” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Tailandın Baş naziri Anutin Çarnvirakul ölkə kralı Maha Vadjiralonqkornun razılığını aldıqdan sonra Nümayəndələr Palatasını buraxıb. Qərar “Kral qəzeti”ndə dərc edildikdən sonra qüvvəyə minib.

Baş nazir, həmçinin “Facebook” səhifəsində paylaşım edərək qərarını elan edib.

“Mən hakimiyyəti xalqa qaytarmaq istərdim”, – deyə o, paylaşımda yazıb.

Məlumata görə, Tailandda seçkinin kralın təsdiqindən 45-60 gün sonra keçirilməsi planlaşdırılır. Bu müddət ərzində A.Çarnvirakul məhdud səlahiyyətlərlə müvəqqəti hökumətə rəhbərlik edəcək və hökumət yeni büdcəni təsdiqləyə bilməyəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv