Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq

Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Hərrac, #Hyundai, #Nəqliyyat, #Toyota

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gələn il fevralın 10-da müxtəlif dövlət qurumlarına məxsus nəqliyyat vasitələri hərraca çıxarılacaq.

presstvaz Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərracda 11 nəqliyyat vasitəsinin satılması nəzərdə tutulur.

“AzerGold” QSC tərəfindən təqdim olunan nəqliyyat vasitələri arasında 2011-ci il buraxılışlı bir və 2012-ci il buraxılışlı dörd “Toyota Hilux” minik avtomobilləri var. Bu avtomobillərin satışının start qiyməti 50 min manatdır.

Prezidentin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələrindən 2006-cı il buraxılışlı üç “BMW 530” minik avtomobili hərraca çıxarılacaq. Onlardan ən bahalısı 10 min 500 manat start qiyməti ilə təklif olunacaq.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının balansında olan nəqliyyat vasitələrinə 2014-cü il buraxılışlı “Nissan Sentra” minik avtomobili 7 min manat, 2005-ci il buraxılışlı QAZ-2752-114 yük təcili yardım avtomobili 5 min manat və 2012-ci il buraxılışlı “Hyundai Sonata” minik avtomobili 8 500 manat start qiyməti ilə satışa çıxarılacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv