Azərbaycanda istifadə edilməyən peyvəndlərin aqibəti necə olub?

Azərbaycanda istifadə edilməyən peyvəndlərin aqibəti necə olub?






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yoluxucu xəstəlik və viruslardan qorunmağın ən təcrübi yolu peyvəndlənmədir. Bir çox epidemiya və pandemiyaların qarşısı elmin bu ixtirası sayəsində alınıb.

Yaxın keçmişdə dünyanı bürüyən koronavirus pandemiyası zamanı da tezliklə infeksiyaya qarşı peyvənd kəşf edildi və dünya ölkələri xəstəliyə qarşı vaksinləşmə prosesinə qoşuldu.

Tərkibi eyni olan kütləvi şəkildə istehsal olunan peyvəndlərdən pandemiyanın aktiv fazası zamanı geniş istifadə olunurdu. Hazırda pandemiya rəsmi şəkildə bitib və dünya əhalisinin çox hissəsi vaksinasiya prosesinə cəlb edilib.

Bəzi ölkələrdə az sayda yoluxma faktı qeydə alınır ki, bu da pandemiya təhlükəsi yaratmır. Belə olduqda bəzi ölkələr hazırda istifadəsiz qalan peyvəndlər haqqında tədbir görürlər. Yaponiya hökuməti pandemiyanın aktiv fazası zamanı alınmış, ümumi dəyəri təxminən 1,93 milyard dollar olan, istifadə olunmamış koronavirus peyvəndinin təxminən 77%-ni məhv etməyi planlaşdırır.

Buna oxşar faktlar digər ölkələrdə də qeydə alınıb.

Bəs Azərbaycanda durum necədir? Hazırda Azərbaycanda istifadə olunmamış nə qədər, hansı dəyərdə koronavirus əleyhinə peyvənd var və onların yararlılıq müddəti nəzərə alınaraq aqibətləri necə olacaq?

Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə idxal olunan vaksin preparatlarından humanitar məqsədlə bəzi ölkələrə yardım edilib:

“Ölkədə koronavirus (COVID-19) xəstəliyinə qarşı ümumən 4 növ vaksin preparatından istifadə edilib. Bununla yanaşı, ölkəyə idxal edilən vaksin preparatlarından digər ölkələrə də (Bosniya və Herseqovina, Tacikistan, Özbəkistan, Qırğızıstan, Afrika ölkələri) humanitar məqsədlərlə yardım edilib. Hazırda tibb müəssisələrində mövcud olan CoronaVac vaksin preparatları vaksinasiya üçün müraciət əsasında istifadə olunur”.\manset.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv