Avropanın üç lideri Trampla Ukrayna münaqişəsini müzakirə edib

Avropanın üç lideri Trampla Ukrayna münaqişəsini müzakirə edib






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Emmanuel Makron, #Fransa, #Münaqişə, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar. Danışıqlar zamanı Vaşinqtonun Ukraynada münaqişənin həlli ilə bağlı təklif etdiyi plan müzakirə edilib.

presstvaz xəbər verir ki, bu barədə Britaniya baş nazirinin ofisi məlumat yayıb.

“Liderlər ABŞ-nin rəhbərliyi ilə davam edən sülh danışıqları ətrafındakı vəziyyəti müzakirə edərək, Vaşinqtonun Ukraynada ədalətli və dayanıqlı sülhə nail olunması və qan tökülməsinin dayandırılması istiqamətində göstərdiyi səyləri alqışlayıblar”, – deyə bəyanatda qeyd olunur.

Bildirilib ki, söhbətin bütün iştirakçıları ABŞ-nin sülh planı ətrafında aparılan danışıqları həm Ukrayna və onun xalqı, həm də bütövlükdə Avroatlantik regionun təhlükəsizliyi üçün “həlledici məqam” kimi qiymətləndiriblər. Tərəflər həmçinin yaxın günlərdə sülh planı üzərində intensiv işi davam etdirmək niyyətini təsdiqləyiblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv