Luvr muzeyində oğurluğun qarşısını almaq üçün 30 saniyə çatmayıb

Luvr muzeyində oğurluğun qarşısını almaq üçün 30 saniyə çatmayıb






presstv

"Presstv"az #Audi, #Fransa, #Hadisə, #Oğurluq hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Oktyabrın 19-da Luvr muzeyində baş vermiş oğurluq hadisəsinin qarşısının alınması üçün mühafizəyə və polisə təxminən 30 saniyə çatmayıb”.

presstvaz aif.ru-ya istinadən xəbər verir ki, bunu Fransanın Mədəniyyət İşləri üzrə Baş Müfəttişliyinin rəhbəri Noel Korben Senatdakı dinləmələr zamanı bildirib.

Korben qeyd edib ki, “Securitas” mühafizə şirkətinin işçiləri və ya polis patrulu bir az daha tez gəlsəydilər, cinayətkarların qaçmasının qarşısını ala bilərdilər. Onun sözlərinə görə, kameralardan monitorlara görüntülərin ötürülməsində gecikmələrə, həmçinin oğruların muzeyə daxil olduğu pəncərənin aşağı qorunma səviyyəsinə görə vaxt itirilib.

O vurğulayıb ki, mühafizə polisə oğruların daxil olduqları yerə dair daha dəqiq məlumat ötürsəydi, qiymətli saniyələrin itirilməsinin qarşısı alına bilərdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv