Astarada balıqçıların itkin düşməsi ilə bağlı YENİ DETALLAR

Astarada balıqçıların itkin düşməsi ilə bağlı YENİ DETALLAR






presstv

"Presstv"az #Audi, #dənizdə, #Fövqəladə Hallar Nazirliyi (FHN), #Gəmi, #Hadisə, #İran, #Xəzər dənizi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Astarada dənizdə itkin düşən balıqçılarla bağlı yeni detallar məlum olub.

presstvaz xəbər verir ki, bu barədə itən balıqçılardan birinin əmisi İctimai TV-yə açıqlama verib.

Onun sözlərinə görə, balıqçılar səhər saat 8-də evdən ayrılıblar:

“Daha sonra günorta saat 2-də əlaqə saxlasalar da, mühərrikin səsindən nə dediklərini eşidə bilmədik. Saat 4-də yanacaqlarının qurtarmasını ehtimal edərək arxalarınca qayıq göndərdik. Qayıq göndərildikdən sonra isə sahil mühafizə xidmətinə məlumat verdik. Bundan sonra mühafizə xidmətinə məxsus gəmilər buraya gələrək axtarışlara başlayıblar”.

O qeyd edib ki, sözügedən ərazidə balıqçıların batma ehtimalı yoxdur:

“Burada ancaq yanacaq bitməsi və mühərrikdə nasazlıq olması ehtimalı var. Ola bilər ki, uşaqlar dərin sulardadır. Onları xilas etmək üçün bizə mütləq şəkildə helikopter lazımdır. Helikopter olmasa, onları xilas etmək olmaz. Hazırda sahil mühafizə xidmətimiz, Fövqəladə Hallar Nazirliyimizin (FHN) əməkdaşları axtarışları davam etdirirlər. Hər kəs bizim yanımızdadır, bizə dəstək olurlar. Biz Xarici İşlər Nazirliyindən də cavab gözləyirik, bəlkə də uşaqlar İrana gedib çıxıblar”.

Astarada dənizdə itkin düşən balıqçılarla bağlı yeni detallar məlum olub.

presstvaz-ın məlumatına görə, Ağadədə Həsənov və Turan Həsənov dünən balıq tutmaq üçün Xəzər dənizinə çıxıblar. Sonra onlardan xəbər olmadığı üçün yaxınları müvafiq orqanlara məlumat veriblər.

Məlumata görə, A.Həsənov 5 gün əvvəl ata olub, T.Həsənov isə 20 gün öncə evlənib.

Astarada itkin düşən balıqçıların kimliyi məlum olub.

presstvaz-ın  məlumata görə, itkin düşən şəxslər 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.

Astarada balıqçılar itkin düşüblər.

presstvaz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ötən gecə axşam saatlarında Astarada iki nəfər balıqçının dənizdə itkin düşməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

Məlum olub ki, rayonun Şahağac kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.

Hazırda onların axtarışları davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv