ABŞ-də ibtidai məktəb şagirdlərinə “Şaxta baba Obama” sürprizi

ABŞ-də ibtidai məktəb şagirdlərinə “Şaxta baba Obama” sürprizi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Barak Obama, #Kitab, #Şaxta baba, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin keçmiş prezidenti Barak Obama Çikaqo Xalq Kitabxanasında 27 ibtidai sinif şagirdinə sürpriz edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “CBS News” nəşri məlumat verib.

Məlumata görə, Obama şagirdlərə tarixdə iz qoyan bir şəxsin hekayəsini təqdim edib. O, ABŞ aviasiya tarixində həm ilk qaradərili, həm də ilk yerli ABŞ-li qadın pilot lisenziyasını alan Bessi Kolemanın ilhamverici həyat hekayəsindən bəhs edən kitabı uşaqlarla paylaşıb.

Başında qırmızı Şaxta baba (Milad baba) papağı ilə uşaqların qarşısına çıxan Obama şagirdlərlə gələcək hədəfləri barədə səmimi söhbət edib. Kiçik pərəstişkarların həvəslə hazırladıqları portretləri nəzərdən keçirən keçmiş prezident tədbirin sonunda şagirdlərə kitablar, qış papaqları və əlcəklər hədiyyə edərək onları sevindirib.

Obama Fondundan verilən açıqlamaya görə, bu görüş 2026-cı ilin iyun ayında qapılarının açılması planlaşdırılan Obama Prezident Mərkəzinin nəzdindəki yeni Çikaqo Xalq Kitabxanasının bölməsində keçiriləcək təhsil proqramlarına ilkin baxış kimi qiymətləndirilir.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv