Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək – Hacıyev

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək – Hacıyev






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Hikmət Hacıyev, #Münaqişə, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh qlobal kontekstdə nadir uğur nümunəsidir.

presstvaz xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Avronyus” kanalına verdiyi müsahibədə bildirib.

H. Hacıyev iki ölkə rəhbərliyinin sülhə doğru addımlarının Brüsseldə keçirilən görüşdən sonra formalaşdığını diqqətə çatdırıb:

“Brüsseldə görüşmək üçün yaxşı imkan yarandı. Bundan sonra liderlərimiz sülh yoluna keçmək və mövcud fikir ayrılıqlarını kənara qoymaq qərarı verdilər”.

Azərbaycan rəsmisi vurğulayıb ki, tərəflər artıq münaqişə dövrünü bağlayıb və region real sülh mərhələsinə qədəm qoyub:

“Birgə sülh prosesi münaqişələrlə dolu qlobal kontekstdə nadir uğur hekayəsidir. Bu mərhələ bağlanıb, real sülh mövcuddur”.

Hikmət Hacıyev bildirib ki, sülh yeni iqtisadi imkanları açacaq və regionu birgə inkişaf dövrünə çıxaracaq:

“İndi isə Azərbaycan və Ermənistan regionda böyük iqtisadi inkişaf səhifəsi açır və bu hər iki xalqın maraqlarına xidmət edir”.

O, həmçinin Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“TRIPP Avrasiya qitəsinin nəqliyyat xəritəsini tamamilə dəyişəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv