“Storytelling”: Müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlimlərə başlanılıb

“Storytelling”: Müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlimlərə başlanılıb






presstv

"Presstv"az #Audi, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Storytelling”: Müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlimlərə başlanılıb.

presstvaz-ın məlumatına görə, təlimdə çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədli qeyd edib ki, “storytelling” bu gün jurnalistikanın auditoriyaya təsir imkanlarını genişləndirən, ideyanın daha dolğun və cəlbedici formada çatdırılmasına şərait yaradan, jurnalistin yaradıcı imkanlarını ön plana çıxaran və fərdi üslubun formalaşmasına təkan verən mühüm vasitədir.

O, ənənəvi yazı texnikalarının yeni məzmun formaları ilə uzlaşdırılmasının, publisistik mətnlərin hipermətn mühitinə uyğunlaşdırılmasının və köşə yazarlığının oxucu üçün daha cəlbedici hala gətirilməsinin hazırkı media mühitinin əsas çağırışları sırasında olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, beynəlxalq təcrübəyə əsaslanan “storytelling” yanaşmalarının və müasir narrativ strukturların tətbiqi məlumatın daha anlaşılan təqdim olunmasına, auditoriya ilə emosional əlaqənin qurulmasına və ictimai təsirin gücləndirilməsinə mühüm töhfə verir.

9-10 dekabr tarixlərini əhatə edən təlim proqramı iki fərqli qrup üçün dörd sessiya üzrə təşkil olunub. Sessiyalar “Publisistik üslubun xüsusiyyətləri: Bədii publisistikanın janrları”, “Storytelling”: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları”, “Narrativ nəzəriyyəsi: əsas prinsipləri və istiqamətləri (mühazirə və simulyasiya)”, eləcə də “Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi” mövzularını əhatə edir.



Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv