Abbas Əraqçı: “3+3″ formatı regionda sülh və sabitlik üçün önəmlidir”

Abbas Əraqçı: “3+3″ formatı regionda sülh və sabitlik üçün önəmlidir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Ceyhun Bayramov, #İran, #Mətbuat konfransı, #Nəqliyyat, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biz çox istəyərik ki, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri və digər bizi bir-birimizə sıx bağlayan əlaqələri artıraq”.

presstvaz xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Eyni zamanda, bizim enerji sahəsində də sıx əlaqələrimiz var. Regional və geosiyasi vəziyyətlə bağlı da fikir mübadiləsi apardıq. Biz, həmçinin Qafqazla və “3+3″ formatı ilə bağlı da müzakirələr apardıq. Bu platforma regionda sülh və sabitlik üçün önəmlidir. Bizim xarici siyasətimizdə əsas prioritetlərdən biri də Azərbaycanla əlaqələrin inkişaf etdirilməsidir. Əminəm ki, iki ölkə arasında əlaqələr bundan sonra da inkişaf edəcək. İcazə verməməliyik ki, hansısa bir tərəf münasibətlərimizə xələl gətirsin. Ümid edirəm ki, gələn görüşümüz Tehranda olacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv