Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır: 850 min manata obyekt satılacaq

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır: 850 min manata obyekt satılacaq






presstv

"Presstv"az #Audi, #Bakı, #Gəncə şəhəri, #Hacıqabul rayonu, #Hərrac, #İmişli, #İmişli rayonu, #Sabirabad, #Sabirabad rayonu, #Salyan, #Torpaq sahəsi, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 26-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının hərrac yolu ilə satışı keçiriləcək.

presstvaz Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, hərraca çıxarılacaq əmlaklar arasında torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri yer alır:

– Beyləqan rayonu, Qəhrəmanlı kəndi: 8.641 ha torpaq sahəsi – 51 846 manat;

– Şirvan şəhəri: 45.5 kv.m qeyri-yaşayış sahəsi – 30 000 manat;

– Sabirabad rayonu, Məmişlər kəndi: 0.3386 ha torpaq sahəsi – 2500 manat;

– Sabirabad rayonu, Nəsimi kəndi: 0.12 ha torpaq sahəsi – 5000 manat;

– İmişli rayonu, Bəhramtəpə qəsəbəsi: “MSDIS Holding” MMC-yə məxsus 1.1583 ha torpaq sahəsi və 612 kv.m qeyri-yaşayış sahəsi – 58 000 manat;

– Gəncə şəhəri, “Dostluq” istehsal-kommersiya firması: 114.3 kv.m əmlak kompleksi – 80 000 manat;

– Sabirabad rayonu, Qaratəpə kəndi: 136 kv.m qeyri-yaşayış binası – 23 500 manat;

– Salyan rayonu, Qarabağlı kəndi: 1.54 ha torpaq sahəsi – 4 000 manat;

– Gəncə şəhəri, “Tek Yapı” MMC: əmlak kompleksi – 850 000 manat;

– Hacıqabul rayonu, Meyniman kəndi: 4.7825 ha torpaq sahəsi – 10 000 manat;

– Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi: 0.1 ha torpaq sahəsi – 25 000 manat;

– Sabirabad rayonu, Qaragüney kəndi: 2.35 ha torpaq sahəsi – 5 420 manat.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv