Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur






presstv

"Presstv"az #Audi, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində keçirilən “Baku Cinema Breeze” beynəlxalq kino proqramında bu il Türk Animasiya Assosiasiyası (ATA) özəl proqramla iştirak edir.

presstvaz xəbər verir ki, proqramın əsas məqsədi türk dünyasının zəngin animasiya irsini nümayiş etdirmək və regionda uşaq animasiyasının inkişafına dəstək olmaqdır.

6 və 7 dekabr tarixlərində saat 11:00-dan Nizami Kino Mərkəzində proqram çərçivəsində müxtəlif türk ölkələrinin animasiya studiyaları tərəfindən hazırlanan sevilən uşaq filmləri təqdim olunur. “Sona”, “Tomato Doppi”, “Shanyraq”, “Kozular”, “Bıytıktar”, “Aqlli Qızalog” və “Bum Bum” kimi filmlərin nümayişi, eyni zamanda, bu filmlərlə yanaşı, “Yer və Ay” animasiyası da tamaşaçılarla görüşəcək.

ATA-nın bu təşəbbüsü yalnız əyləncə deyil, ortaq mədəniyyətin təbliği, yaradıcı əməkdaşlığın genişlənməsi və gələcək nəsillərdə mədəni dəyərlərə marağın formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Festival çərçivəsində baş tutan bu proqram animasiya vasitəsilə türk dünyasının hekayələrini daha geniş auditoriyalara çatdırmağı və bu sahədə yaradıcı dialoqa zəmin yaratmağı hədəfləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv