Salyanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlər evə buraxılıblar – AÇIQLAMA

Salyanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlər evə buraxılıblar – AÇIQLAMA






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Azərbaycan, #Hadisə, #Hakim, #Orta məktəb, #qızdırma, #Salyan, #Təcili Tibbi Yardım, #Təhsil, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir”.

presstvaz xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı öz sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd olunub ki, məktəbdə baş verən hadisə MÜTDA və Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb.

Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub, nəticədə 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, pelet sobasının istifadə olunduğu məktəbdə kombi sistemi quraşdırılıb.

Bir ilə yaxındır kombi sistemi quraşdırılsa da, bundan istifadə edilməyib. Şirvan-Salyan Regional Təhsil İdarəsindən səbəb kimi hələ məktəbdə qazlaşdırılma prosesinin başa çatmadığı qeyd olunub.

Ancaq o da bəlli olub ki, məktəbin mərkəzləşdirilmiş istixanası mövcuddur.

Müəyyən edilib ki, sözügedən məktəb “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilib. Həmin dövlət proqramında Aşağı Noxudlu kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulub.

Lakin təqdim edilən fotolarda əsaslı təmirdən heç bir əsər-əlamət yoxdur. Layihənin icraçılarından biri də yerli icra hakimiyyəti olub.

Salyanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlər evə buraxılıblar - AÇIQLAMA

Salyanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlər evə buraxılıblar - AÇIQLAMA

Salyanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlər evə buraxılıblar - AÇIQLAMA

Salyanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlər evə buraxılıblar - AÇIQLAMA

Salyanda orta məktəbdə baş verən zəhərlənmə nəticəsində 17 nəfər xəstəxanaya müraciət edib.

presstv.az  bildirir ki, bu barədə  Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstəxanasının Təcili tibbi yardım şöbəsinə bu gün saat 13:40-da 17 nəfər (13 nəfər qadın cinsi, dörd nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub:

“Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən doqquz nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda səkkiz nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir”.

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

presstvaz APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

İlkin məlumata görə, 11 şagird, iki əməkdaş məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv