Hindistanda qadın öz övladlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq öldürüb

Hindistanda qadın öz övladlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq öldürüb






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Hadisə, #Hindistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistanda bir qadın öz uşaqlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq qətlə yetirib.

presstvaz xəbər verir ki, bu barədə “The Times of India” nəşri xəbər verib.

Hindistanın Naulta kəndində keçirilən toy mərasimi bir neçə qəddar uşaq qətlinin üstünün açılmasına səbəb olub. Hadisə 6 yaşlı Vidhi adlı qızın “bədbəxt hadisə” kimi qiymətləndirilən ölümündən sonra üzə çıxıb. Onun cəsədi toy mərasiminin qızğın vaxtında vannada tapılıb.

Şübhəli qismində Bhavar kəndindən olan fermerin arvadı, dörd yaşlı uşağın anası, 34 yaşlı Punam adlı qadın saxlanılıb. Polis bildirib ki, o, Vidhi və son iki ildə daha üç uşağı öldürdüyünü etiraf edib. Qadın bütün qurbanlarını vannalarda və ya su qablarında boğub və onların ölümləri əvvəlcə təsadüfi qəzalar kimi qiymətləndirilib.

Polisin məlumatına görə, cinayətlərin motivi paxıllıq olub. Punam etiraf edib ki, öz uşaqlarından daha gözəl hesab etdiyi uşaqlara zərər vermək istəyib. Araşdırma zamanı məlum olub ki, o, 2023-cü ilin yanvarında gəlininin qızı, 9 yaşlı İşikanı boğub. Daha sonra ifşa olunacağından qorxaraq, hadisənin şahidi ola biləcək 3 yaşlı oğlu Şubhamı da öldürüb.

2024-cü ilin avqustunda isə Punamın növbəti qurbanı yaxın qohumunun qızı, 6 yaşlı Ciya olub. İstintaqın versiyasına görə, Punam toy mərasimində qızı görərək, ona su gətirməyə kömək etməyi təklif edib, orada boğub. Cinayətdən sonra qapını kilidləyərək sakit şəkildə şənliyə qayıdıb.

Hazırda istintaq davam edir və saxlanılan qadın barəsində hansı qətimkan tədbirinin seçiləcəyi müəyyənləşdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv