Vəkil Elçin Əhmədov məhkəmədə hücuma məruz qalıb

Vəkil Elçin Əhmədov məhkəmədə hücuma məruz qalıb






presstv

"Presstv"az #Anar Bağırov, #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Cinayət işi, #Hadisə, #Vəkillər Kollegiyası, #Xətai rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.

presstvaz xəbər verir ki, hadisə Xətai Rayon Məhkəməsində, onun vəkil kimi iştirak etdiyi cinayət işində qarşı tərəfi təmsil edən şəxs tərəfindən törədilib. Nəticədə, Elçin Əhmədov xəsarət alıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov məsələyə münasibət bildirib. O bu barədə öz sosial media hesabında paylaşım edərək vəkilə dəstəyini ifadə edib:

“Hörmətli vəkilimiz Elçin Əhmədovla danışdım, hadisənin təfərrüatı barədə ətraflı məlumat aldım. Hazırda məsələ DİN tərəfindən araşdırılır. Vəkilə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması qaçılmazdır. Məsələni şəxsi nəzarətimdə saxlayacağam”, – deyə o vurğulayıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, dekabrın 4-də paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında ərazi polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.

Vəkil Elçin Əhmədov məhkəmədə hücuma məruz qalıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv