Şamil Ayrım: “Türkiyə Gültəkin Hacıbəylini uzun müddət saxlaya bilməz”

Şamil Ayrım: “Türkiyə Gültəkin Hacıbəylini uzun müddət saxlaya bilməz”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Deportasiya, #İstanbul, #təyyarə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Şuranın üzvü, “Ramiz Mehdiyev işi” çərçivəsində Azərbaycandakı istintaqa dəvət olunan Gültəkin Hacıbəyli hazırda Türkiyənin İstanbul şəhərindəki Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.

O, sosial şəbəkədəki açıqlamasında noyabrın 29-dan orada saxlanıldığını deyib.

Maraqlıdır, Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana nə vaxt göndəriləcək?

presstvaz Modern.az-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Dostluq Qrupunun sədri Şamil Ayrım Türkiyənin Gültəkin Hacıbəylini uzun müddət saxlaya bilməyəcəyini deyib.

Şamil Ayrım: Türkiyə Gültəkin Hacıbəylini uzun müddət saxlaya bilməz

“Belə bir məsələ varsa, Türkiyə ən qısa zaman kəsiyində onu ilk fürsətdə təyyarəyə mindirib geri yollayacaq. Türkiyə onu uzun müddət saxlaya bilməz. Biz Azərbaycanın daxili işlərinə heç kəsin qarışmasını istəmirik. Azərbaycan müstəqil, azad və demokratik bir dövlətdir. Təbii ki, Azərbaycanın ayaqda durması üçün öz daxilindəki qanunlarını tətbiq etməsi lazımdır. Bu məsələlərdə Azərbaycanın Türkiyə ilə anlaşmaları mövcuddur. Həmin şəxs geri göndərmə mərkəzinə aparılıbsa, ən qısa zamanda onu Azərbaycana qaytararlar”, – o bildirib.

Qeyd edək ki, “Ramiz Mehdiyev işi” çərçivəsində AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib. Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb, onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv