“Kempinski Residences Bayıl Bay” – Birillik lüks yaşayış təcrübəsi

“Kempinski Residences Bayıl Bay” – Birillik lüks yaşayış təcrübəsi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #COP29, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kempinski Residences Bayıl Bay” bu ay “Kempinski” brendi adı altında fəaliyyətinin birilliyini qeyd edib. Layihə sakinlərinə yüksək xidmət səviyyəsi, bənzərsiz Xəzər mənzərəsi və eksklüziv lüks həyat tərzi təqdim edib. Konsiyerj xidməti, təhlükəsizlik, idarəetmə və istirahət sahələri ilə kompleks Bakının ən seçilən yaşayış ünvanlarından biridir.

Son bir il ərzində “Kempinski Residences Bayıl Bay” bir sıra nailiyyətlərə imza atıb: lüks xidmətlərin genişləndirilməsi, sakinlər üçün xüsusi tədbirlər, infrastruktura yeniliklər və brend dəyərinin artması. Layihə həmçinin “COP29 Azərbaycan”da iştirak edərək davamlılıq və ekoloji həssaslıq mövzusunda mövqeyini nümayiş etdirib.

“Kempinski” adının Bakıda güclənməsi, layihənin həm sakinlər, həm də bazar üçün real dəyər yaratması bizim üçün önəmli göstəricidir,” – deyə layihə rəhbərliyi bildirib.

Beynəlxalq səviyyədə də tanınan “Kempinski Residences Bayıl Bay” “Beynəlxalq Əmlak Mükafatı 2024” çərçivəsində “Asiya-Sakit Okean regionunda ən yaxşı əmlak layihəsi” nominasiyasında mükafata layiq görülüb. Mükafatın təqdimetmə mərasimi 20 fevral 2025-ci il tarixində Londonda baş tutub.

“Kempinski Residences Bayıl Bay” sadəcə bir yaşayış yeri deyil, şəhərin ritmini, lüks həyat tərzini və unudulmaz Xəzər mənzərəsini hər gün yaşaya biləcəyiniz bir ünvandır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv