Ukrayna Qara dənizdəki dron gərginliyinə münasibət bildirdi

Ukrayna Qara dənizdəki dron gərginliyinə münasibət bildirdi






presstv

"Presstv"az #Audi, #dənizdə, #Gəmi, #Qara dəniz, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Qara dənizdə Rumıniya tərəfindən “Sea Baby” dəniz pilotsuz aparatının məhv edildiyi barədə yayılan xəbəri təkzib edib.

presstvaz xəbər verir ki, bu barədə məlumat “Hromadske” nəşrinə istinadən yayılıb.

UTX bildirib ki, Qara dənizdə Ukraynanın heç bir dəniz dronu itirilməyib: “Ukrayna beynəlxalq hüquq normalarına əməl edir, beynəlxalq sərhədləri pozmur və tərəfdaşlarına hörmətlə yanaşır”.

Rumıniya Hərbi Dəniz Qüvvələrinin hərbi dalğıcları Qara dənizdə gəmiçilik üçün təhlükə törədən obyekti məhv etmək üçün əməliyyat həyata keçiriblər.

presstvaz xəbər verir ki, bu barədə məlumatı Rumıniya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, söhbət Ukraynanın “Sea Baby” dəniz dronundan gedir.

Qeyd edilir ki, əməliyyat Konstansa limanından təxminən 36 dəniz mili şərq istiqamətində keçirilib.

Xatırladaq ki, Qara dənizdə noyabrın 28-də “Kairos” və “Virat”, dekabrın 2-də isə “Midvolga” tankerləri hücuma məruz qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv