“Maska dövrü geri qayıda bilər” – 7 mutasiya keçirən epidemiya sürətlə yayılır

“Maska dövrü geri qayıda bilər” – 7 mutasiya keçirən epidemiya sürətlə yayılır






presstv

"Presstv"az #Avropa, #Avstraliya, #Epidemiya, #İngiltərə, #Qrip, #Türkiyə, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Tevfik Özlü Avstraliyada aşkarlanan və 7 dəfə mutasiyaya uğradığı təsdiqlənən yeni "H3N2" virusu ilə bağlı ciddi xəbərdarlıqlar edib.

presstvaz xəbər verir ki, onun sözlərinə görə hazırkı qrip peyvəndləri bu yüksək yoluxucu ştamma qarşı yalnız qismən qorunma təmin edir.

Prof. Özlü bildirib ki, Avstraliyada Cənubi Yarımkürədə başlayan epidemiya zamanı virusun A tipinin H3N2 alt növü təhlil edilib və "təxminən yeddi fərqli nöqtədə mutasiyaya uğradığı" müəyyən olunub.

Mütəxəssis virusun yoluxdurma sürətinin adi qripdən daha yüksək olduğunu vurğulayıb:

"Şimal yarımkürəsində xüsusilə Yaponiya və İngiltərədəki halların böyük əksəriyyəti H3N2 ilə əlaqələndirilir. Epidemiya artıq Avropada geniş yayılıb və yaxın günlərdə Türkiyəyə də çata bilər."

Özlü qeyd edib ki, virusun ötürülmə sürətinin artması səbəbilə bəzi ölkələrdə yenidən maska və sosial izolyasiya tövsiyələrinə qayıdış müzakirə edilir.

Yeni H3N2 virusunun simptomları əksər hallarda adi mövsümi qripə bənzəyir:

yüksək hərarət, burun axması, öskürək, boğazda narahatlıq/postnazal axıntı, halsızlıq və zəiflik,baş ağrısı


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv