Bayraktar və Paşinyan nüvə energetikasını müzakirə ediblər

Bayraktar və Paşinyan nüvə energetikasını müzakirə ediblər






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

presstvaz xəbər verir ki, bu barədə türkiyəli nazir “X” sosial şəbəkəsində məlumat verib.

Görüşdə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan da iştirak edib. Tərəflər regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində atıla biləcək addımları müzakirə ediblər.

Eyni zamanda infrastruktur və energetika sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə, elektrik şəbəkələri arasında əlaqə, nüvə energetikası və təbii qaz sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv