Bahalaşma olacaq – 1 aydan da az vaxt qalır: XƏBƏRDARLIQ

Bahalaşma olacaq – 1 aydan da az vaxt qalır: XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Bahalaşma, #Nəqliyyat, #Qiymət artımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gələn ay idxal avtomobilləri kəskin bahalaşa bilər.

presstvaz xəbər verir ki, avtomobil bazarında qiymət artımı hələlik nisbətən yumşaq olsa da, gələn ilin əvvəllərində kəskin bahalaşma ehtimalı var. Yanvar-fevral aylarından idxal olunan avtomobillərin qiymətində təxminən 20% artım gözlənilir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov axar.az-a bildirib ki, bu vəziyyətin əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin müddətinin başa çatmasıdır:

"Güzəştlərin bitməsi xüsusilə hibrid avtomobillərə təsir edəcək", – deyə ekspert vurğulayıb.

E.Cəfərov əlavə edib ki, son illərdə hibrid avtomobillərə maraq xeyli artıb. "Ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə simpatiya formalaşıb. Dövlətin son 3-4 ildə atdığı stimullaşdırıcı addımlar ( rüsumların azaldılması və digər güzəştlər ) hibrid avtomobillərin geniş yayılmasına səbəb olub. Hazırda ən populyar avtomobillər məhz hibrid modellərdir", – deyə o bildirib.

Ekspert həmçinin 2-ci əl avtomobil bazarına da toxunub. O qeyd edib ki, bu gün köhnə avtomobillərin satışı bir qədər azalmaqla durğunluq göstərir, lakin gələn ildən bu seqmentdə müəyyən canlanma gözlənilir.

Buna görə avtomobil alıcılarına gələn ay qiymət artımına hazır olmağı və alış-verişi planlaşdırarkən diqqətli olmağı tövsiyə edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv