Soyuducuya ikinci dəfə qoyulanda zəhərə çevrilir – 5 əsas qida

Soyuducuya ikinci dəfə qoyulanda zəhərə çevrilir – 5 əsas qida






presstv

"Presstv"az #Bakteriya, #Dondurma, #Həkim, #Qida zəhərlənməsi, #Sağlamlıq, #Soyuducu, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Buzu açıldıqdan sonra bəzi qidaları yenidən soyuducuya qoymaq olmaz.

presstvaz xəbər verir ki, bunu həkim Hüseyin Tapik deyib.

Onun sözlərinə görə donu açılmış bəzi qidaları yenidən soyuducuya qoymaq ciddi sağlamlıq riskləri daşıyır. Bu qidalar bakteriyaların sürətlə çoxalmasına və qida zəhərlənməsinə gətirib çıxara bilər.

Ət və toyuq məhsulları don açıldıqdan sonra ən riskli qidalardan sayılır. Çiy ət, toyuq və balıq bir dəfə buzu açıldıqdan sonra birbaşa bişirilməli və istehlak edilməlidir. Yenidən soyuducuya qoymaq bakteriyaların sürətlə çoxalmasına səbəb olur.

Dəniz məhsulları da eyni qaydada təhlükə yaradır. Balıq, kalmar, karides və digər dəniz məhsulları don açıldıqdan sonra tez bişirilməli və dərhal istehlak olunmalıdır. Uzun müddət saxlanılması zəhərlənmə riskini artırır.

Süd və süd məhsulları, o cümlədən qatıq, pendir, kəsmik və qaymaq, don açıldıqdan sonra yalnız bir dəfə istifadə edilməlidir. Yenidən dondurmaq bu məhsulların keyfiyyətini pozur və təhlükəli ola bilər.

Yumurtalar və onlardan hazırlanan qarışıqlar da don açıldıqdan sonra bir daha soyuducuya qoyulmamalıdır. Mayonez, krem və çiy yumurtadan hazırlanmış digər məhsullar da bir dəfə istifadədən sonra atılmalıdır.

Hazır yeməklər, souslar və şorbalar və səbzələr donu açıldıqdan sonra yalnız bir dəfə soyudulub istifadə oluna bilər. Yenidən dondurmaq qida təhlükəsizliyi baxımından tövsiyə edilmir.

Həmçinin, buzu açılmış qidaları otaq temperaturunda uzun müddət saxlamaq da risklidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv