Ağdərədə minaya düşən şəxsin durumu AÇIQLANDI

Ağdərədə minaya düşən şəxsin durumu AÇIQLANDI






presstv

"Presstv"az #Audi, #Baş Prokurorluq, #Bərdə Rayon Mərkəzi Xəstəxanası, #Mina partlayışı, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağdərədə minaya düşən şəxsin vəziyyəti açıqlanıb.

presstvaz bildirir ki, bu barədə   Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə nəticəsində xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) dekabrın 3-də, saat 17 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub.

Pasiyentə partlayış travması və sağ baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası diaqnozu qoyulub. Hazırda üzərində əməliyyat icra olunur, vəziyyəti ağırdır”, – məlumatda qeyd olunub.

Dekabrın 3-də Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina partlayışı baş verib.

presstvaz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

Qeyd olunub ki, 1970-cı il təvəllüdlü kənd sakini Nazim Kamran oğlu Pənahəliyev minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv