Bakıda vətəndaşın evini 30 il zəbt edən məcburi köçkün cərimələndi

Bakıda vətəndaşın evini 30 il zəbt edən məcburi köçkün cərimələndi






presstv

"Presstv"az #Ailə, #Audi, #Bakı, #Biləsuvar, #Cəbrayıl, #Hadisə, #Məcburi köçkün, #Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, #Qaradağ rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda vətəndaşın mənzilini 30 il zəbt edən keçmiş məcburi köçkün cərimə edilib.

presstvaz-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib. Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən ailəsi ilə birlikdə məcburi köçkün düşmüş Azər Xəlilov (ad və soyad şərtidir) Bakıya gəlib. O, 1995-ci ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin 57 saylı mənzilini zəbt edib, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlayıblar.

Mənzilin sahibi onlardan evdən çıxmaq tələb etsə də, ailə həmin evi boşaltmayıb. Nəticədə mənzilin qanuni sahibi 1995-ci ildən bu günə qədər kirayələrdə yaşayıb.

2017-ci ildə mənzil sahibi bununla bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə vətəndaşın mənzil hüququnu tanıyıb və məcburi köçkün ailəsinin həmin mənzildən çıxarılması barədə qərar qəbul edib. Amma ailə yenə də mənzili boşaltmayıb və səbəb kimi köçməyə evinin olmadığını bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ailəyə Biləsuvar rayonu ərazisində mənzil təklif etsə də, ailə həmin evə köçməkdən imtina edib. Ailə başçısı bildirib ki, ya ailəyə Lökbatan qəsəbəsində ev verilməlidir, ya da Cəbrayıl rayonunun Aşağı Maralyan kəndində tikilən evlər hazır olandan sonra vətəndaşın mənzilini boşalda bilər. Ailə başçısı məhkəmə qərarının icrasından imtina edib.

Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru hadisə barədə protokol tərtib edir və iş məhkəməyə göndərilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə A.Xəlilov 500 manat cərimə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv