Tailandda spirtli içki satışı ilə bağlı 50 illik qadağa ləğv edildi

Tailandda spirtli içki satışı ilə bağlı 50 illik qadağa ləğv edildi






presstv

"Presstv"az #Audi, #Hakim, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailandda nahar vaxtı spirtli içki satışına 50 ildən çoxdur tətbiq olunan qadağa ləğv edilib.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, müvafiq fərman “Kral qəzeti”ndə (“Royal Gazette”) dərc edildikdən sonra qüvvəyə minib.

Beləliklə də, ölkədə saat 14:00-dan 17:00-dək spirtli içki satışına icazə veriləcək. Bu tədbir altı ay müddətində eksperimental əsasda tətbiq olunacaq, bundan sonra onun iqtisadi və sosial faydalarının qiymətləndirilməsi aparılacaq, nəticələrə əsasən uzadılması və ya ləğv edilməsi barədə qərar veriləcək.

Eyni zamanda gecə yarısından 11:00-dək spirtli içki satışına qoyulan mövcud qadağa qüvvədə qalacaq. Bar və restoranlar üçün məhdudiyyətlər yumşaldılacaq və müştərilər satış dayandırıldıqdan sonra əlavə bir saat (saat 1:00-a qədər) ərzində də alkoqol qəbul edə biləcəklər.

Spirtli içki satışına məhdudiyyətlər beynəlxalq hava limanlarının terminallarında gedən və gələn sərnişinlərə, eləcə də lisenziyalı əyləncə məkanlarına və bəzi hotellərə şamil edilməyəcək.

Qeyd edək ki, Tailandda spirtli içki satışına məhdudiyyətlər 1972-ci ildə iş yerində gündüz vaxtı alkoqol qəbul edilməsinin qarşısını almaq üçün tətbiq edilib.

Alkaqollu içkilərin satış cədvəlinin ləğvi ilə bağlı təklif artan əməliyyat xərcləri və ərzaq qiymətlərindən şikayətlənən restoran biznesinin sahibləri ilə görüşdən sonra – 2024-cü ildə ovaxtkı baş nazir Settha Thavis tərəfindən irəli sürülüb.

Tailand hakimiyyəti qəbul edilən düzəlişlərin iqtisadi aktivliyi təşviq edəcəyinə və ölkənin turizm cəlbediciliyini artıracağına ümid edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv