Litva məcburi hərbi xidməti bərpa edir

Litva məcburi hərbi xidməti bərpa edir






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Litva 2026-cı ildən məcburi ilkin hərbi xidməti bərpa etməyi planlaşdırır.

presstvaz xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri məlumat yayıb.

“2026-cı ildə çağırış il ərzində – 2 yanvardan 31 dekabra qədər baş tutacaq. Ümumilikdə təxminən 5000 nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır. Ölkənin müdafiə qabiliyyətini gücləndirmək, kifayət qədər aktiv ehtiyat qüvvəsini saxlamaq və gənclərin lazımi hərbi təlim keçməsi üçün şərait yaratmaq tədbirləri davam etdiriləcək”, – deyə ordudan bildirilib.

Xatırladaq ki, daha əvvəl ölkə Seymi (parlament) hərbi xidmət haqqında qanuna müvafiq dəyişiklikləri təsdiqləyib. Yeniliyə əsasən, 18-22 yaş arası olanlar doqquz aylıq xidmətə çağırılacaqlar. Könüllü olaraq xidmət etmək istəyənlər bunu 18-39 yaşları arasında da edə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv