Qəbul imtahanlarının vaxtı dəyişdirilir? – RƏSMİ CAVAB

Qəbul imtahanlarının vaxtı dəyişdirilir? – RƏSMİ CAVAB






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin qəbul və buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi haqqında iddialar həqiqəti əks etdirmir.

presstvaz xəbər verir ki, bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sosial mediada imtahanların vaxtının dəyişdirilməsi ilə bağlı iddialar doğru deyil:

"İmtahanların qrafiki, adətən, ilin əvvəllərində müəyyən olunur və ictimaiyyətə təqdim edilir", – məlumatda vurğulanıb.

Qeyd edək ki, bir neçə gündür sosial mediada bu ilin qəbul və buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi ilə bağlı iddialar yayılıb. Bu isə abituriyentlər arasında ciddi narahatlıq yaradıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən hər il ənənəvi olaraq tədris ilinin başa çatmasına 12-13 həftə qalmış buraxılış imtahanları keçirilir. Ona görə də, imtahanların fevral ayında keçiriləcəyi iddiaları valideynlər, abituriyentlər və bu sahənin mütəxəssisləri arasında gərginliyə səbəb olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv