Müştərilərin 1,5 milyonunu mənimsəyən əmlakçılara HÖKM OXUNDU

Müştərilərin 1,5 milyonunu mənimsəyən əmlakçılara HÖKM OXUNDU






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Külli miqdarda dələduzluq etməkdə ittiham olunan “Zamin” əmlak agentliyinin direktoru Oqtay Zərbəliyev, eləcə də həmin agentliyin satış menecerləri – Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda hökm elan edilərək Oqtay Zərbəliyev yeddi il, Orxan Əliyev beş il, Natiq Şahmuradov isə altı il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər əlbir olaraq agentliyə müraciət edən vətəndaşlara qarşı dələduzluq ediblər.

Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbəliyev və qrupun digər üzvləri zərərçəkən şəxslərin ümumilikdə 1 490 200 manatını dələduzluq yolu ilə ələ keçirərək verdikləri vədlərə əməl etməyiblər. Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv