Agentlik rəsmisi: “Peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur”

Agentlik rəsmisi: “Peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur”






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Peşə təhsili, #Peşə Təhsili üzrə Dövlət Agentliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2026-cı ildən etibarən peşə təhsilinin bütün səviyyələrində kredit sisteminin tətbiqi təklif olunur”.

presstvaz xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Rəbiyyə Musayibzadə səsləndirib.

O bildirib ki, burada söhbət maliyyə vəsaiti şəklində olan tələbə kreditindən yox, tədris prosesində qazandırılan akademik kreditlərdən gedir.

Rəbiyyə Musayibzadənin sözlərinə görə, bu sistem Avropa təcrübəsinə əsaslanır və artıq Azərbaycanda da tətbiq olunur:

“Məqsəd təhsilin çevikliyini artırmaq və peşə təhsili alanların bilik və bacarıqlarını daha dəqiq qiymətləndirməkdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv