Şəhid övladları Türkiyənin GUHEM mərkəzində qış düşərgəsində iştirak ediblər

Şəhid övladları Türkiyənin GUHEM mərkəzində qış düşərgəsində iştirak ediblər






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Kosmos, #Süni intellekt, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Kosmik Agentliyi nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) maliyyə dəstəyi ilə Türkiyənin Bursa şəhərində yerləşən “Gökmen Kosmik Aviasiya Təlim Mərkəzi”ndə (GUHEM) məktəbli şəhid övladlarının “Zəfər Yolu” qış düşərgəsi keçirilib.

presstvaz xəbər verir ki, düşərgədə Azərbaycanın müxtəlif bölgələrindən olan 10 şəhid övladı iştirak edib. Proqram çərçivəsində onlar kosmos tədqiqatları, innovasiya, süni intellekt, yüksək texnologiyalar və praktiki STEM fəaliyyətləri ilə tanış olub, GUHEM-in inkişaf etmiş laboratoriyalarında müasir texnoloji alətlərlə işləyərək fərdi təcrübələr aparıblar.

Düşərgənin ərzində iştirakçılar aviasiya və aerokosmik mühəndisliyin əsaslarına həsr olunan təlimlərdə iştirak ediblər. Mütəxəssislər onlara reaktiv hərəkətin prinsipləri, hava və raket mühərrikləri arasındakı fərqlər, həmçinin bu mühərriklərin uçuş prosesində rolu barədə məlumat təqdim ediblər.

Təlimlərin praktiki hissəsində şagirdlər aerodinamika üzrə məşğələlərə qatılaraq qaldırıcı qüvvə, müqavimət və itələmə kimi uçuşu mümkün edən əsas prinsipləri sadə və interaktiv nümunələr üzərində öyrəniblər. İştirakçılar müxtəlif qanad modellərini sınaqdan keçirib və öz kiçik uçan aparatlarını hazırlayaraq aerodinamik dizaynın uçuş performansına təsirini təcrübə yolu ilə araşdırıblar.

Həmçinin düşərgə müddətində iştirakçılar Bursa şəhərinin tarixi və turistik məkanlarını ziyarət edərək şəhərin mədəni irsi ilə yaxından tanış olublar.

Düşərgənin son günündə isə iştirakçıların mükafatlandırma mərasimi keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv