Səfərbərlik Xidmətində 158 qanunsuz hərəkət aşkarlanıb, 9 nəfər işdən çıxarılıb

Səfərbərlik Xidmətində 158 qanunsuz hərəkət aşkarlanıb, 9 nəfər işdən çıxarılıb






presstv

"Presstv"az #Audi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması məqsədi ilə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirilib.

presstvaz bildirir ki, bu barədə  Dövlət Xidmətindən  verilən məlumata görə, görüşdə idarənin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev cari ildə xidmətin fəaliyyətinə nəzarət nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, 2023-cü ildə əməkdaşların əməlində 78, 2024-cü ildə 249, 2025-ci ilin 11 ayında isə 158 qeyri-qanuni hərəkət aşkarlanıb. Bu faktlarla bağlı müxtəlif inzibati tənbeh tədbirləri görülüb, ümumilikdə 9 əməkdaş tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb. Eyni zamanda, üç il ərzində ümumilikdə yüzlərlə fakt araşdırılması üçün prokurorluq orqanlarına göndərilib.

Səfərbərlik Xidmətində 158 qanunsuz hərəkət aşkarlanıb, 9 nəfər işdən çıxarılıb

Görüş iştirakçılarına xidmətin fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması sahəsində aparılan işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, rəqəmsal texnologiyaların tətbiqi nəticəsində vətəndaşlar artıq hərbi məlumatlarına “mygov” platforması üzərindən asan və təhlükəsiz şəkildə çıxış əldə edə bilirlər. Həm portal, həm də mobil tətbiq vasitəsilə sənədləri PDF formatında yükləmək və rəqəmsal şəkildə istifadə etmək mümkündür.

Tədbir çərçivəsində qarşıda duran məsələlər müzakirə olunub, vətəndaş cəmiyyəti institutlarının təklifləri dinlənilib və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv