Azərbaycan Qahirədə D-8 qrupunun ticarət nazirlərinin iclasında iştirak edəcək

Azərbaycan Qahirədə D-8 qrupunun ticarət nazirlərinin iclasında iştirak edəcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İndoneziya, #İran, #Misir, #Niger, #Nigeriya, #Pakistan, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 2-də Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin 4-cü iclası keçiriləcək.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə üzv dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər. Hazırlıq məqsədilə artıq bir neçə görüş baş tutub.

Dekabrın 1-də üzv dövlətlərin ticarət üzrə yüksəkvəzifəli rəsmilərinin görüşü planlaşdırılır. Həmçinin 4-cü iclasın müvəqqəti gündəliyi nəzərdən keçiriləcək, D-8 baş katibinin və nümayəndə heyətləri rəhbərlərinin bəyanatları dinləniləcək.

Dekabrın 2-də keçiriləcək nazirlər iclasında ticarət əməkdaşlığına dair Qahirə Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, D-8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya, Türkiyə və Azərbaycandır. Misir ötən ildən D-8-ə sədrlik edir.

2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində təşkilatın XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv