“Elə bil bomba partlamışdı” – Zabratdakı ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

“Elə bil bomba partlamışdı” – Zabratdakı ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Avto, #Bakı, #Cinayət işi, #Hadisə, #Nəqliyyat, #Sabunçu rayonu, #Toyota, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yüksək sürətlə hərəkət edən VAZ-2107 markalı avtomobil işıqforun yaşıl işığında yolu keçmək istəyən digər nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin gücündən avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Zabrat qəsəbəsində baş verib.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, qəzanın başlıca səbəbi yüksək sürət olub. Qəzanın şahidlərindən biri “elə bil bomba partlamışdı” deyib.

Tibb mərkəzində zəruri tibbi xidmətlər göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir və vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

29 noyabr, 10:20

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

presstvaz “Report”a istinadla xəbər verir ki, Mirəli Yolçu oğlu Abbasovun idarə etdiyi “Toyota Prado” markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgər Elxan oğlu Ələsgərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub. Nəticədə sürücü Ə.Ələsgərov hadisə yerində ölüb.

Sərnişinlər – 2003-cü il təvəllüdlü Sevinc Şükür qızı Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Şükür qızı Rəsulova, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv