“Deyirlər ki, get, ver məhkəməyə” – Qurum şikayətə niyə baxmır?

“Deyirlər ki, get, ver məhkəməyə” – Qurum şikayətə niyə baxmır?






presstv

"Presstv"az #Audi, #Qaradağ rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov, 16a ünvanında yaşayan sakin Elçin Əzizovun adına təxminən 30 il əvvəl yaşadığı Qobustan qəsəbəsindəki ünvandan böyük məbləğdə su borcu gəlib.

Vətəndaşın sözlərinə görə, borc tamamilə əsassızdır:

“Mən 1999-cu ildə Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydiyyatdan çıxmışam. Çıxma haqqında da arayışım mövcuddur. Buradan qeydiyyatdan çıxmağıma baxmayaraq, borc mənim adıma gəlib”.

Borcun ümumi məbləği 872 manat təşkil edir. Əzizov bildirir ki, bu məbləğin 842 manatı su pulu, 30 manatı isə dövlət rüsumudur. Borcun əhatə etdiyi dövr isə 2008-ci ildən 2025-ci ilə qədər olan illərdir.

Qeydiyyatdan çıxma ilə bağlı arayışın olmasına baxmayaraq, uzun illər ərzində formalaşan borcun məhz onun adına gəlməsi Elçin Əzizovun narazılığına səbəb olub.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv